Xərçəngdən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Sebastyan Aller məşqlərə başlayıb.

Metbuat.az xəbər verir ki, 28 yaşlı hücumçu uzun fasilədən sonra bu gün fərdi hazırlıq keçib.

Fil Dişi Sahili yığmasının forvardı tezliklə kollektivə qoşulmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, ötən ilin iyulunda xərçəng diaqnozu qoyulan Sebastyan Aller iki dəfə əməliyyat olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR