Ukrayna Baş Qərargahı Rusiyanın müharibədə itkilərinin sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin son sutka ərzində itkiləri 750 hərbçi, 5 tank, 7 zirehli döyüş maşını, 6 artilleriya sistemi və 1 helikopter təşkil edir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 108190 hərbçisi zərərsizləşdirilib.

Ümumiyyətlə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri indiyədək 3036 tank, 6100 zirehli maşın, 2033 artilleriya sistemi, 424 reaktiv yaylım atəşi sistemi, 214 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 240 helikopter, 1839 operativ-taktiki PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq və 181 xüsusi texnikadan ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR