​"Qarabağ"ın sabiq futbolçusu yenidən Türkiyədə

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu yenidən Türkiyədə oynayacaq.

Metbuat.az xəbər verir ki, cənubi afrikalı forvard "Boluspor"a keçib. 32 yaşlı hücumçu sabah I Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Dino Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2021/2022 mövsümünü Türkiyənin "Kocaelispor" klubundan keçirib. Dinonun son klubu Çində "Çanqçun" olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR