Vəziyyəti ağır olduğu deyilən Ələkbər Yasamallı şəklini paylaşıb açıqlama yaydı -

"Haqqımda yalan məlumatlar paylaşılır. Bunu reytinq üçün edirlər. Azərbaycandayam, heç bir problem yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, doğmalarım, yaxınlarım, məni sevənlər, dəyər verənlər bilsinlər ki, hər şey yaxşıdır, qaydasındadır. Narahatçılığa səbəb yoxdur".

Metbuat.az xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı sosial media hesabında yazıb. Ələkbər Almaniyaya köçmə və səhhətində problem olma məsələsinə aydınlıq gətirib:

"Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR