​Müğənni Nərminin efirdəki rəqsi müzakirələrə səbəb oldu -

Müğənni Nərmin Kərimbəyovanın canlı efirdə rəqsi maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, müğənni "Xəzər Tv"nin efirində rəqs performansı ilə diqqətləri üzərinə çəkə bilib. Belə ki, Nərminin rəqs etdiyi görüntülər sosial mediada paylaşılıb. Görüntüləri tənqid edənlərlə yanaşı, bəyənənlər də az olmayıb.

Həmin görüntüləri təqdim edirik:


Qeyd edək ki, Nərmin Kərimbəyova 2015-ci ildə Azərbaycan Televiziyasında yayımlanan "Səs Azərbaycan" musiqi yarışmasına qatılaraq, layihənin yarımfinalına qədər irəliləyə bilib. 2017-ci ildə Bakı şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında "Zirvə" mahnısını ifa edib. 2018-ci ilin may ayından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orkestri və "Nur" rok qrupu ilə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR