Azərbaycan səmasında nəhəng dairə müşahidə olundu -

Biləsuvar və Cəlilabad rayonlarında Ayın ətrafında nəhəng dairə müşahidə olunub.

Metbuat.az "Report”a istinadən xəbər verir ki, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Biləsuvar və Cəlilabadda bu təbiət hadisəsi axşam saatlarından müşahidə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR