Koronavirusla bağlı yeni təhlükə -

Koronavirusun mutasiyaya uğramış yeni forması "Omikron XBB.1.5" ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, bu ştam artıq 29 ölkədə apılıb. Xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-nin şimal-şərqində, yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib.

Virus digər ştamlarla müqayisədə daha sürətlə yayılır. Peyvənd olunmayan və yaşlıların xüsusilə risk aldtında olduğu qeyd edilir.

ÜST yeni ştamı təhlil etdiyini və yekun nəticə barədə ictimaiyyətə məlumat verəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR