Baydenin xanımı əməliyyat olunacaq

ABŞ-nin birinci xanımı Cil Bayden sağ gözünün altındakı "kiçik böyüməni" aradan götürmək üçün tibbi prosedurdan keçir.

Metbuat.az xəbər verir ki, bu barədə " The New York Times" nəşri məlumat yayıb. Nəşr yazır ki, Cil Baydenin üzündəki zədə adi dəri xərçəngi müayinəsi zamanı aşkar edilib.

Ağ Evin həkimi Kevin OKonner bildirib ki, həkimlər onun çıxarılmasını tövsiyə edirlər. Qeyd edilib ki, gələn həftə əməliyyat planlaşdırılır.

Qeyd edək ki, 71 yaşlı həyat yoldaşı Cil Bayden müasir Amerika tarixində ən yaşlı birinci xanımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR