Türkiyə klubundan ilin transferi -

“Real Madrid” klubunun futbolçusu Eden Hazard “Fənərbaxça” ilə danışıqlara başlayıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hazard “Fənərbaxça”da oynamağa razılıq verib. Türkiyə klubu futbolçunu birdəfəlik transfer edə və ya icarəyə götürə bilər. Məlumata görə, Hazard icarə ilə “Fənərbaxça”ya getsə, onun məvacibinin əksər hissəsini“Real Madrid” ödəyəcək. İspaniya mediasının məlumatına görə, tərəflər rəsmən razılıq əldə etməyə yaxındır.

Bildirilir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Hazardı heyətdə düşünmədiyini rəhbərliyə deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR