Putinin atəşkəs çağırışına Ukraynadan GÖZLƏNİLMƏZ CAVAB -

Ukrayna Rusiyanın müvəqqəti atəşkəs təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının müşaviri Mixail Podolyak açıqlama verib. O, Rusiyanın atəşkəs təklifinə “ikiüzlü davranışları özünüzə saxlayın” deyə cavab verib. Podolyakın sözlərinə görə, müvəqqəti atəşkəs Rusiya işğal etdiyi əraziləri tərk edəndən sonra mümkün ola bilər.

Qeyd edək ki, Prezident Vladimir Putin Ukraynada bu gündən etibarən 36 saat müddətində atəşkəs tətbiq edilməsi barədə əmr verib. Bu barədə Kremldən açıqlama verilib. Bildirilib ki, Vladimir Putin ortodoksların milad bayramı ilə əlaqədar belə qərar qəbul edib. Döyüş bölgələrində çox sayda ortodoksun yaşaması ilə əlaqədar olaraq insanların milad bayramı münasibətilə dini mərasimlərdə iştirak edə bilməsi üçün Ukrayna tərəfinə müvəqqəti atəşkəs elan etmək çağırışı edirik” - açıqlamada deyilir.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. İddialara görə, Putinin belə qərar verməsində Ərdoğanın da səyi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR