Bakının bu qəsəbəsində evlənmək istəyənlərə qoyulan qeyri-adi ŞƏRT -

Qaradağ rayonunun Korgöz qəsəbəsində demək olar ki, hər qapıda "KamAZ", ya da "Shacman" avtomobilləri görülür.

Metbuat.az ATV xəbər-ə istinadən xəbər verir ki, Korgözdə bu, adət halını alıb. Səbəb isə evlənmək istəyən şəxslərə qoyulan "şərtdir". Belə ki, evlənmək istəyən gəncin ya "KamAZ", ya da "Shacman" markalı yük avtomobili olmalıdır. Əks təqdirdə, gənc subay qala bilər. Qəsəbə sakinləri bildirirlər ki, karxana ətrafında yaşayan qəsəbədə insanların çoxu sürücü kimi çalışır. Bu səbəbdən bu maşınların sahibi olmaq önəmlidir.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR