Nümayəndələr Palatası sədr seçə bilmir

ABŞ Konqresinin Nümayəndələr Palatasında sədr seçkiləri ilə bağlı böhran dərinləşir.

Metbuat.az xəbər verir ki, artıq 11-ci səsvermədir ki, nümayəndələr sədr seçə bilmir. Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında konqresmenlər arasında fikir ayrılığı var. Məlumata görə, respublikaçıların əksəriyyətinin dəstəklədiyi Kevin Makkarti sədr seçilmək üçün kifayət qədər dəstək ala bilməyib. Respublikaçıların bəziləri israrla ya səs vermir ya da səsini başqa nümayəndələrə verir.

Makkarti səsvermə zamanı 200 konqresmenin dəstəyini alıb. Onu dəstəklməkdən imtina edən 12 respublikaçı isə Bayron Donaldsa səs verib. Növbəti səsvermə təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR