Şəmkir sakini oğurladığı avtomobillə qəza törədib

13:27 19 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 13:24 ]


 

Bakı. Fuad Cəfərov –APA. Şəmkir sakini avtomobil oğurlayıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Şəmkir rayonunun Sabirkənd kənd sakini Ceyhun Həmidov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün Tovuz rayonunun Əyyublu kəndindən ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırıldığını bildirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sabirkənd kənd sakini Hüseyn Hümbətov tərəfindən qaçırılması və Düyərli kəndində idarə edilərkən kənd sakini İlqar Piriyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşması müəyyən edilib. H.Hümbətov tutulub.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR