Daha bir direktorun səsyazısı yayıldı -

Sosial şəbəkələrdə məktəb direktorunun valideynlərdən pul tələb etməsi ilə bağlı səsyazısı yayılıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, səsin müəllifi Naftalan şəhər 1 saylı məktəbin direktorudur. Direktor səsdə summativ qiymətlərin yazılması üçün pulların gətirilməsini tələb edib: "Yadınızdan çıxmasın, indidən çantanıza qoyun. Sabah mütləq gətirin. Mən müəllimlərə bir-bir yox, 2 ayın pulunu birdən verirəm".

Goranboy-Naftalan təhsil sektorunun müdiri bildirib ki, artıq araşdırmalar başladılıb. Direktorun səsyazısı 2021-2022-ci il tədris ilinə aiddir.

Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR