Makron Vardanyanla şərik olub, hava koridoru açır? -

“Ruben Vardanyanın sayıqlamalarından aydın idi ki, Ermənistan və havadarları Qarabağdan təbii resurslarımızın oğurlanması və ən əsası bölgəyə silah daşınması üçün “humanitar yardım” adı altında hava koridoru formalaşdırmaq niyyətindədirlər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva deyib. Onun fikirlərinə görə, Ermənistan rəsmilərinin açıqlamalarından tam aydın olur ki, bunun üçün Ermənistan Fransa cütlüyü BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəliyi vasitəsi ilə təşəbbüslər edirlər.

“Deyəsən BMT Təhlükəsizlik Şurasındakı “təşəbbüslərinin” nəticələrindən ağıllanmayıblar. Birinci, Azərbaycan ərazisindən hər hansı bir hava koridoru üçün Azərbaycanın razılığı olmalıdır və aydın məsələdir ki, biz buna imkan verməyəcəyik. BMT Təhlükəsizlik Şurasının qərarı olmadan BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəliyi bunu edə bilməz. Görünür, Makron Fransa dövlətinin işini gücünü atıb, bu böhranlı qış günündə xalqın başını “Qarabağa aclıq reality shows” ilə qatır”.

Politoloq onu da qeyd etdi ki, Makron həm də Vardanyanın ekoloji resurslarımızın qanunsuz istismarı ilə törətdiyi iqtisadi cinayətlərinin idxal sxemlərini formalaşdırmaqla məşğuldur.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR