Müəllimin paylaşdığı görüntülərlə bağlı AÇIQLAMA -

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Metgbuat.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məktəbdə 3 sanitar qovşağı var:

“Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq”.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR