Rusiyanın intiqamı ağır oldu -

Rusiyanın Ukrayna ordusunun mövqelərinə təşkil etdiyi intiqam hücumu nəticəsində ölən Ukrayna hərbçilərinin sayı 600-ü ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Bildirilir ki, Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərindəki hərbi kazarmasına hücum edib. Məlumata görə, Rusiya kəşfiyyatı Ukrayna əsgərlərinin Kramatorsk şəhərində müvəqqəti yerləşdiyi ərazini tapıb. Ardınca ruslar müəyyən edilmiş hərbi əraziləri intensiv raket atəşinə tutublar.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna ordusu Makiivka şəhərində Rusiya ordusunun müvəqqəti yerləşdiyi ərazini ABŞ-ın verdiyi HİMARS raketləri ilə bombalayıb. 89 Rusiya əsgərinin həlak olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR