Daha bir ölkə qarışdı -

Braziliyanın paytaxtı Braziliada baş verən kütləvi iğtişaşlar zamanı 500-ə qədər etirazçı saxlanılıb.

Metbuat.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin federal dairəsinin qubernatoru İbaneys Roşa açıqlayıb.

Onun sözlərinə görə, kütləvi iğtişaşlarda iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün Braziliyanın sabiq Prezidenti Jair Bolsonarunun tərəfdarları ölkə parlamentinə, ali məhkəməyə və dövlət başçısının iqamətgahına daxil olub. Belə ki, Bolsonaru tərəfdarları onun ötən il keçirilən prezident seçkilərindəki məğlubiyyətini qəbul etmirlər və onun hakimiyyətə qayıtmasını tələb edirlər. Məlumata görə, Prezident Lulu da Silva paytaxtın mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR