Zəngilanın Ağalı kəndində məktəblilərin ilk qar sevinci

İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəblilər ilk qar sevincini yaşayıb.

Metbuat.az xəbər verir ki, məktəbin müəllim və şagird heyəti qartopu oynayıblar.

Qeyd edək ki, məktəb 360 şagird tutumuna malikdir.

2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 2022-ci il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR