Qarlı hava qəzaya səbəb oldu:

Göyçay rayonunda yol qəzası bir nəfərin ölümünə səbəb olub.

Mətbuat.az-ın məlumatına görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. "VAZ-21015" markalı minik avtomobili yolu keçən piyadanı, 1965-ci il təvəllüdlü İbadov Elşad Tapdıq oğlunu vurub.

Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobil hərəkətdə olan vaxtı yolun qarlı və sürüşkən olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR