Fransada "Zidan böhranı" -

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey millinin sabiq üzvü Zinəddin Zidandan üzr istəyib.

Metbuat.az xəbər verir ki, qurum rəhbəri fikirlərini düzgün izah edə bilmədiyini söyləyib.

O, 51 yaşlı mütəxəssisə hörmətlə yanaşdığını bildirib: “Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim. Fransa futbolunun iki abidəsi Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zinəddin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.

Qeyd edək ki, Noel Le Qrey son açıqlamasında bildirib ki, Zidan millinin baş məşqçisi postuna namizəd olmayıb və mütəxəssis zəng vursa belə, ona cavab verilməyəcək.

Dərhal tvitter səhifəsi vasitəsilə Zidana dəstək mesajı yayımlayan yığmanın aparıcı futbolçusu Kilian Mbappe “Zidan Fransadır. Biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq”, - fikirlərini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR