Lənkəranda "Niva" çaya aşdı - 2 nəfər öldü

Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.

Bu barədə Metbuat.az-a DİN-dən bildirilib.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR