"Ukraynada rus əskərləri yeməyə çörək tapmır" -

Uzun müddətdir Ukrayna torpaqlarında müharibə aparan rus ordusunun zəifliyi ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Kırım Haber Ajansı" məlumat yayıb.

Bildirilir ki, fevralın 24-də Rusiyanın səfərbərlik elan etməsi nəticəsində yakut fəallar zorla müharibəyə aparılıb. Ukraynada döyüşmək üçün 8 min km uzağa göndərilən yakut əsgərləri cəbhədə olan zaman yaşadıqları biabırçılığı izah etmək üçün video çəkiblər. Həmin görüntülərdə iki yakut fəal rus ordusunda olan qida çatışmazlığı və hərbi texnika problemi olduğu barədə danışıblar.

Əsgərlər qeyd ediblər ki, Rusiya ordusunda hələ də İkinci Dünya Müharibəsi illərində olduğu kimi əsgərlər ilə kobud rəftar edilir. Əsgərlər əlavə edib ki, işğalçı Rusiya ordusunun artilleriya bölmələri koordinatları düzgün təyin etməyəndə onları hədəfə alıb, lakin bu, mediada əksini tapmayıb.

Metbuat.az yakut fəalların görüntüsünü təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR