"Niva"nın çaya düşməsi nəticəsində ölənlərdən biri müəllim imiş -

Xəbər verdiyimiz kimi, dünən Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.

Metbuat.az xəbər verir ki, vəfat edən şəxslərdən biri də müəllim olub. Belə ki, Lənkəran rayonun Mais Cəbrayılov adına Şovu kənd tam orta məktəbinin riyaziyyat müəllimi Bayramov İlqar Əbdürrəhman oğlu həmin qəzada vəfat edib.

Bir 1 nəfər, oturmalı və içəridə şəkili ola bilər

Bir 1 nəfər və ayaqda şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR