Paşinyandan gözlənilməz açıqlama:

"Ermənistan tərəfi Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpasını vacib sayır".

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. Baş nazir qeyd edib ki, Ermənistan nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır.

"Ermənistanı inkişaf etmiş və təhlükəsiz ölkəyə çevirmək istəyiriksə, regionda münasibətlərin keyfiyyətini dəyişməliyik. Bəlkə də hadisələrə başqa bucaqdan baxmağın vaxtı çatıb. ”, - deyə o bildirib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR