"Paşinyan Rusiyanı Ermənistandan çıxartmaq istəyir" -

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının bu il Ermənistanda keçiriləcək "Sarsılmaz Qardaşlıq 2023" hərbi təlimindən imtina edib. Həmçinin Ermənistan Baş naziri Nikol Pşainyan ölkəsində Rusiya hərbi bazasının olmasını ölkəsinin təhlükəsizliyinə təhdid hesab edib.

Bu açıqlamanı şərh edən Milli Cəbhə partiyasın sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, N.Paşinyanın KTMT yekun Bəyannaməsinə imza atmaması, təlimlərindən imtina etməsi və Gümrüdə Rusiyanın 102-ci hərbi bazası əleyhinə formalaşdırdığı etiraz aksiyaları iki ölkə arasında siyasi böhranı dərinləşdirəcək.

"Rusiya sülhməramlı qüvvələrinin səlahiyyəti müddətinə yaxınlaşanda N.Pşainyanda Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması sənədinə imza atmaya bilər. N. Paşinyanın əsas siyasi kursu Rusiyanı Ermənistandan çıxarmaqdır. Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu N.Paşinyanın mövqelərini gücləndirir və Kremlə qarşı demarşına gətirib çıxarır".

M.Əsədullazadə hesab edir ki, Rusiyanın Ermənistandan çıxarılması və Azərbaycanla sülh müqviləsinin imzalanmasına gətirəcəkdir.

"Azərbaycanın mövqeləri güclənir və erməni baş nazir də bunun fərqindədir. Bu gün mətbuat konfransında verdiyi bəyanatlardan aydın oldu ki, N.Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb. Azərbaycanla sülh müqaviləsinə gəldikdə isə, buna yaxın perspektivdə getməyəcək. N. Paşinyan birinci Türkiyə ilə münasibətləri normallaşdırıb sonra Azərbaycanla sülh müqaviləsini imzalamaqda maraqlı görünür",-deyə M.Əsədullazadə qeyd edib.

Onu da bildirək ki, usiya Prezidentinin sözçüsü Dmitri Peskov Paşinyanın bugünkü bəyanatları ilə bağlı açıqlamasına cavab verib. Peskov bildirib ki, Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq. O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR