Rusiya ordunun əsas məqsədini açıqladı

“Rusiya strateji təyyarələr, qitələrarası ballistik raketlər və sualtı qayıqlardan ibarət “nüvə üçlüyü”nü inkişaf etdirəcək”.

Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə Rusiya ordusu üçün priotet olan məsələləri açıqlayıb. O bildirib ki, bu il üçün əsas məqsədlərdən biri Rusiya ordusunun döyüş qabiliyyətini artırmaq üçün kompleks tədbirlər görməkdir.

“Ordumuzun Ukrayna və Suriyadakı əməliyyat təcrübəsini daim təhlil edərək kadr hazırlığı proqramlarında və ordunun hazırlanmasında istifadə etməliyik. “Nüvə üçlüsü”nü inkişaf etdirməyə və döyüş hazırlığı səviyyəsini qorumağa davam edəcəyik. Nüvə qalxanı bizim suverenliyimizin və ərazi bütövlüyümüzün əsas təminatçısıdır. Döyüş təyyarələri və pilotsuz uçuş aparatları da daxil olmaqla Rusiya hava qüvvələrinin imkanları artırılacaq” - Şoyqu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR