Türkiyə Ukraynanın 10 bəndlik sülh planını dəstəkləyir -

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəldən həm atəşkəs, həm də daimi sülh üçün çalışır”.

Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna müharibəsi ilə bağlı suala belə açıqlama verib. O deyib:

"Təbii ki, məqsədimiz davamlı sülh və qarşılıqlı məqbul bir həll yoludur. İnanırıq ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Nə qədər tez olsa o qədər yaxşıdır. Ancaq yeni parametrlər və reallıqlar var. Rusiya hazırda danışıqlara hazır olduğunu bildirir. Zelenski 10 bəndlik sülh planı təklif etdi. Biz Türkiyə olaraq bu planı dəstəkləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR