Avtobus azyaşlını vuraraq öldürdü -

Bakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən "Daevo" markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR