Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmalçılıq yolu ilə silah-sursat və dərman preparatlarının gətirilməsinin qarşını alıb - FOTO

Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmalçılıq yolu ilə silah-sursat və dərman preparatlarının gətirilməsinin qarşını alıb - FOTO
13:07 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 12:42 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşı, Eyvazov Aynur Hüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz C180” markalı 90-HX-538 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif  markalı pnevmatik tapançalar aşkar edilib. Bundan başqa, sürücünün oturacağının altında olan qara polietilen torbadan 20 ədəd üzərində 9 mm patronlar, şəffaf polietilen paketə bükülmüş vəziyyətdə 400 ədəd metal qırmalar, 3 ədəd pnevmatik silah üçün nəzərdə tutulmuş qaz balonları və 2 ədəd gözyaşardıcı qaz balonları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

 

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində isə külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsinin qarşısı alınıb. “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Elçin Davud oğlunun idarə etdiyi “Mercedes Benz Travego” markalı 90UB373 dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qabaq sağ təkərinin üstündə yerləşən saxlanc yerindən, ümumilikdə 887 konvalyutada 11714 ədəd həblər və 4 adda  1590 ədəd dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

 

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR