Erməni KİV: "Paşinyan səhnə üçün hazırlanan kadrdır"

"Nikol real insan deyil. Səhnə üçün hazırlanmış, səhnələşdirilmiş kadrdır".

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yazıb. Müəllif yazıda qeyd edib ki, Paşinyanın dünənki mətbuat konfransındakı davranışı olduqca fərqli idi: "Yaxşı ermənilərimizdən biri" Ermənistanı qoruyacaq deyə düşünürdüm. Lakin onun (Paşinyanın - red) içində yad, ermənipərəst olmayan mövqe var idi və onun sakit rəftarını görüb demək istədim ki, axmaqlıq edirsən", - deyə yazıda qeyd edilib.

Ermənistanın "Joqovurd" nəşri isə Paşinyanın yanvarın 10-da keçirdiyi mətbuat konfransını uğursuz adlandırıb.

Qeyd edilib ki, Paşinyan suallara ciddi hazırlaşmasına baxmayaraq nöqsanlara yol verib: "O, bununla belə, bir sıra ciddi nöqsanlara yol verib. Ancaq bəyənmədiyi suallara, sadəcə, "bilmirəm" deməklə cavab verib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR