Zelenski dünyaya çağırış etdi

“Azad dünya Rusiyanın təcavüzünü dayandırmaq və terror dövlətinə tarixi məğlubiyyəti yaşatmaq üçün hər cür imkana sahibdir”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiyanın məğlub etmək üçün müttəfiq ölkələr Ukraynaya silah dəstəyini davam etdirməlidir. Zelenski silah dəstəyi üçün bir sıra ölkələrin liderləri ilə telefon danışığı apardığını qeyd edib.

Zelenskinin sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesi, maliyyə məsələləri və ölkəsinə silah dəstəyi müzakirə edilib. Zelenski qeyd edib ki, Ukraynanın Rusiya üzərindəki qələbəsi təkcə onun ölkəsi üçün deyil, qlobal demokratiyanı və azadlığı dəstəkləyən hər kəs üçün böyük əhəmiyyət kəsb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR