Zelenski Bakılı müğənniyə SANKSİYA TƏTBİQ ETDİ -

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 119 mədəniyyət və incəsənət xadiminə qarşı sanksiya imzalayıb.

Metbuat.az xəbər verir ki, siyahıya Rusiyanın ən populyar estrada ulduzları, kino və teatr xadimləri, aktyorlar daxil olub.

Sanksiyaya məruz qalanlar arasında Larisa Dolina da var.

Xatırladaq ki o, 1955-ci ildə Bakıda anadan olub. Daha sonra Rusiyaya köçüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR