Məşhur türk serialı ekranlara qayıdır -

Reytinq rekordları qıran Türkiyə istehsalı “Aşk-ı Memnu” serialı ekranlara qayıdır.

Metbuat.az xəbər verir ki, “Aşk-ı Memnu” bu dəfə rəqəmsal platformada film olaraq təqdim olunacaq.

Serialda məşhur aktrisa Beren Saatın canlandırdığı “Bihter” obrazına filmdə həyat verəcək ad da açıqlanıb. Bu obrazın canlandırılması “Bergen” filmi ilə yaddaşlara əks olunan Farah Zeynep Abdullaha həvalə edilib.

“TAFF Pictures”in təqdim edəcəyi filmin kulislərdə çox bəyənilən ssenarisi Merve Göntem tərəfindən yazılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR