Penaltini kənara vuran hücumçunu alqışladılar -

Türkiyənin U-16 Futbol İnkişaf Liqasının 8-ci Qrupunda keçirilən Çaykur Rizespor-Bitexen Giresunspor oyunu zamanı maraqlı anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, oyun zamanı hakim qonaqların qapısına penalti təyin edib. Lakin penaltinin ədalətsiz olduğunu hesab edən Çaykur Rizesporun hücumçusu topu bilərəkdən kənara vurub. Futbolçunun bu davranışı təqdir edilib. Bir sıra aparıcı idman agentlikləri futbolçunun davranışını təqdir edən xəbərlər yayımlayıb. Qeyd edək ki, oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR