"Fransanın Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməyəcəm"

“Fransanın Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəmək məcburiyyətində deyiləm”.

Metbuat.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron belə açıqlama verib. O bildirib ki, üzr istəmək bütün problemləri həll etməyəcək. Makronun sözlərinə görə, üzr istəyəndən sonra Fransa və Əlcəzair arasında nəsə dəyişməyəcək. Bizi ayıran keçmiş həm də bizi birləşdirir deyən Makron ötən il Əlcəzairə səfərini xatırladıb.

"İnsanlar səmimi davranırdı. Oran şəhərində toplaşan kütləni salamlayada "xoş gəldin" deyirdilər. Daha sonra camaatın arasına bir neçə siyasi motivli şəxs daxil oldu, onlardan bir-ikisi təhqir etdi” - Makron deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR