Ombudsmanın vəzifə maaşı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilir:

- 16.1-ci maddədə “2230” rəqəmləri “3060” rəqəmləri ilə, “əmək haqqı” sözləri “vəzifə maaşı” sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:

“16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilir.”;

16.6-cı maddə ləğv edilir.

Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR