Əfran İsmayılov qərarını verdi:

Baş məşqçi Tərlan Əhmədovla münaqişə yaşadığı üçün əsas komandadan uzaqlaşdırılan Əfran İsmayılovun taleyi qeyri-müəyyəndir. Daha doğrusu, təcrübəli yarımmüdafiəçi əvəzedici komandaya göndərilib. Əhmədov mövsümün ikinci yarısında onu sərəncamında görmək istəmir. Belədə İsmayılovun hansı addımı atacağı maraq doğurur. Dostu, uzun illər bir yerdə oynadığı Rauf Əliyev kimi, mövsümü əvəzedici komandada başa vuracaq, yoxsa özünə başqa klub axtaracaq.

Metbuat.az xəbər verir ki, 34 yaşlı futbolçu Fanat.az-a açıqlamasında taleyinə aydınlıq gətirib:

"Möhkəm xəstələnmişəm. Bir həftə, on gün olar yataqdayam. Sağalım, məşqlərə başlayacağam. Yaxın günlərdə Gəncəyə gedib komandaya qoşulacağam. Mövsümün qalan hissəsini əvəzedici komandanın heyətində keçirəcəyəm. Mövsümün sonuna qədər müqaviləm var.

Rəhbərliklə görüşüm olub. Məni anlayışla qarşıladılar. Başa düşürlər ki, futbolçunu bu şəkildə klubdan uzaqlaşdırmırlar. Tərlan Əhmədov elə şərait yaradıb ki, sona qədər prinsipiallıq göstərəcəyəm. Yəni pulumu qəpiyinə kimi alacağam. O, elə davranırsa, mən də bu şəkildə qarşılıq verirəm. Heç kim məni günahlandıra bilməz. Futbolçu ilə normal danışmaq lazımdır, xüsusilə də bizimlə. Çünki bu gün-sabah karyeramızı başa vurmağa hazırlaşırıq. Tərlan artıq söhbət eləmişdi, cavabını verdim".

Əfran İsmayılov Rauf Əliyevin "Kəpəz"dən ayrılmaq varinatının olduğunu bildirib: "Şamaxı"ya keçmək variantı var idi. Amma deyəsən, alınmadı. O da əvəzedicilərdə çıxışını davam etdirəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR