Bolta məxsus hesabdan milyonlarla dollar yoxa çıxdı

Səkkiz qat olimpiya çempionu Useyn Bolta məxsus hesabdan milyonlarla dollar yoxa çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə idmançının meneceri açıqlama verib. O bildirib ki, Yamaykanın Maliyyə Təhqiqat Şöbəsi və Maliyyə Xidmətləri Komissiyası məsələ ilə bağlı araşdırma aparır. Menecer məbləğin çox olduğunu, lakin istintaq aparıldığı üçün rəqəmləri açıqlaya bilməcəyini ifadə edib. Qeyd edək ki, Bolt 100m, 200m və 4x100m estafet yarışlarında dünya rekordlarına malikdir. 36 yaşlı idmançı bir müddətdir peşəkar idmanla məşğul deyil.

Onun bir sıra sponsorluq müqavilələri var. İdmançı təkcə 2016-cı ildə sponsorluq, pul mükafatı və iştirak haqlarından 33 milyon dollar qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR