Ukrayna Rusiyanın Soledarı ələ keçirməsi ilə bağlı iddialarını təkzib etdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib.

Metbuat.az UNIAN-a istinadən xəbər verir ki, o, vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, - o deyib.

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR