Yael "xala"nın Ermənistan səfəri:

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin səfərinin ardından, bu dəfə Fransada yaşayan ermənilər yaxşı bir pul mükafatı müqabilində Milli Assambleyanın sədrinin Ermənistana səfərinə nail oldular.

Lakin, səfərin yekunlarına dair mətbuat konfransı zamanı, Fransanın nümayəndəsi Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar vermədiyini, rəsmi Parisin Qarabağın müstəqilliyini tanımadığını bildirib.

Ermənilərə sillə effekti yaradan bu açıqlamanı politoloq Zaur Məmmədov şərh edərək bildirib ki, Makrondan fərqli olaraq həqiqəti deməyə vadar oldu. Baxmayaraq ki, hazırda həmin xanımın təmsil etdiyi parlament 2 il əvvəl Qarabağla bağlı bəyanatda tamamilə əksini dediyini xatırladan analitik deyir ki, Paşinyan da, 3 gün əvvəlki çıxışında Dağlıq Qarabağın hamı tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanındığını qeyd etmişdi.

Bəs bu açıqlamalar təsadüf ola bilərmi? Bu suala cavab olaraq Zaur Məmmədov söylədi ki, Paşinyanın mətbuat konfransı zamanı separatçılarla bağlı müxtəlif açıqlamaları Ruben və Nikol arasında münasibətləri daha da gərginləşdirib.

"Hazırda hər iki tərəfin media resursları və hakimiyyətinin üzvləri bir - birini günahlandırmaqla məşquldurlar. Hətta iş o yerə çatıb ki, Vardanyan çıxışların birində Sarkisyan- Köçaryan seçicilərini "Arsaxın" ( Vardanyanın) yanında olmağa və mübarizə etməyə (kiminlə? ) çağırıb. Beləcə, Fransa parlamentinin spikerinin Ermənistanda Qarabağla bağlı verdiyi bəyanat bütün dünyadakı erməniləri yuxudan ayıldan siyasi sillə olmalıdır. Nə Rusiya, nə Fransa, nə İran (vaxtın uzadılması və Xankəndinin Azərbaycanın yurisdiksiyasına daxil olmasının vaxtını uzatmaq, dondurmaq üçün səylər göstərsələr də) separatçıları müstəqil qurum kimi tanımır. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Hazırda Vardanyan kloununun fəaliyyəti isə, yerli əhalinin istismarı və bədbəxtçiliyi üçün atılan addımlardan başqa bir şey deyil".

Səfər zamanı Paşinyan və Braun- Piveni birləşdirən ikinci məqam məhz Ermənistanla bağlı olduğunu qeyd edən Zaur Məmmədov bildirdi ki, Qərbi Zəngəzurla Şərqi Zəngəzurun sərhəddində Avropa İttifaqının xüsusi monitorinq missiyasının işinin davam etdirilməsi Makron- Paşinyan arasında hələ ötən ilin oktyabr ayında gizlicə şəkildə razılaşdırılmış detaldır.

"Missiya ilə bağlı çıxış edən spiker bunun vacibliyinə toxunmuş və İttifaq üzvlərinin də, Fransa ilə həmrəy olacağına ümid etmişdir. Beləcə, İran və Fransanı təmsil edən hakimiyyətlər hazırda Qərbi Zəngəzur mövzusunda həssaslıqlarını davam etdirməkdədirlər. Azərbaycan 44 günlük müharibədən sonra dialoq gündəliyinin Qarabağdan Qərbi Zəngəzur mövzusuna keçirməyi bacardı. Nəinki Qərbi Zəngəzur, həm də Göyçə mövzusu qarşıdakı illərdə təkcə Azərbaycan - Ermənistan arasında deyil, regional müstəvidə də müzakirə predmeti olacaq. Böyük qayıdış məhz XXI əsrdə baş tutacaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR