Ukrayna XİN Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) humanitar yardımla bağlı Azərbaycana təşəkkür edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in tviter səhifəsində paylaşım olunub.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyinə görə Azərbaycana minnətdarıq. Bu, Ukraynanın kritik infrastrukturunun bərpası üçün həyati əhəmiyyət kəsb edir”, - paylaşımda bildirilib.

Xatırladaq ki, Azərbaycan ötən ilin dekabrında Ukraynaya generator və transformatorlardan ibarət humanitar yardım göndərib.

Qeyd edək ki, Azərbaycan Ukraynaya ümumilikdə 30 milyon manatlıq humanitar yardım göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR