"28 May" stansiyasının qarşısında dava -

Bakının Nəsimi rayonunda, “28 May” metro stansiyasının qarşısında dava zamanı 1 nəfərin qolu sınıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Səmədov Ramil Nəsib oğluna dava zamanı küt alət olan dəmir parçası ilə ağır xəsarət yetirilib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR