20 yanvarda baş verənlər heç zaman unudulmayacaq

20 yanvarda baş verənlər heç zaman unudulmayacaq
13:28 19 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində qoyduğu izdən, onların qanları bahasına əldə olunan azadlıqdan bəhs edərək, gənclərimizi bu tarixi unutmamağa səsləyib.
Biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını söyləyib. Bildirib ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.
Sonra biologiya elmlər doktoru Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktorları Qədir Qasımov və Əkbər Kərimov 20 Yanvar faciəsinin canlı şahidləri kimi həmin gecə baş verən hadisələri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_yanvarda_bas_verenler_hech_zaman_unudulmayacaq-825719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR