Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim edib -

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə Leyla Abdullayeva “Twitter“ hesabında paylaşıb.

"Fransa Respublikasının Prezidenti Emmanuel Makrona etimadnaməmi təqdim etməkdən məmnun oldum", - səfir deyib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələr, eləcə də regiondakı vəziyyət müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR