“Qarabağ”ın yarımmüdafiəçisi rəsmən “Krasnodar”da

Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi rəsmiləşib.

Metbuat.az xəbər verir ki, futbolçu yeni komandası ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.
Braziliyalı yarımmüdafiəçi Ağdam klubunda olduğu kimi, 20 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR