Qubada qanunsuz ov edən şəxs saxlanılıb

Qubada qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Füzuli Ağayev saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR