Məşhur müğənni illər sonra Bakıda konsert verəcək -

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül fevralın 12-də Bakıda konsert proqramı keçirəcək.

Metbuat.az xəbər verir ki, 17 ildən sonra Bakı Konqres Mərkəzində səhnəyə çıxan Kırmızıgülün konsert proqramının bilet qiyməti 55 manatdan başlayır və 550 manatadək davam edir.

Qeyd edək ki, "Dinle", "Vefasız", Sarı, sarı", "Yıkılmadım" və digər ifaları ilə məşhurlaşan müğənni, aktyor, rejissor, ssenarist və bəstəkar Mahsun Kırmızıgül sonuncu dəfə 2015-ci ildə Azərbaycana gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR