73 yaşlı qadının xəstəxanada törətdiyi əməl rezonans yaratdı -

Almaniyada 73 yaşlı qadının əməli ölkədə rezonans doğurub.

Metbuat.az xəbər verir ki, xəstəxanada koronavirus müalicəsi alan Hatun adlı qadın otaq yoldaşının nəfəs aldığı borunu bağlayaraq onun ölməsinə səbəb olub. Qadının oğlu isə iddia edib ki, anası, otaq yoldaşını öldürmək niyyətində olmayıb. O, hadisə zamanı özündə olmayıb. Xəstəxana nümayəndələrinin sözlərinə görə, qadın yatarkən aparatın səsindən narahat olduğu üçün onu söndürüb. Qadının oğlu da anasının səsdən narahat olduğu üçün aparatı söndürdüyünü təsdiq edib. Ana otaq yoldaşı olan 79 yaşlı qadının ölümünə səbəb olduğu üçün məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, onların hər ikisi türkdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR