AFFA erməni futbolçu ilə bağlı hərəkətə keçdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) erməni futbolçu Henrix Mxitaryanın təxribatı ilə bağlı UEFA və İtaliya Futbol Federasiyasına müraciət edəcək.

Metbuat.az xəbər verir ki, İtaliyanın “İnter” klubunun erməni futbolçusu Henrix Mxitaryan İtaliya komandasının rəsmi “YouTube” kanalına müsahibəsində sualı cavablandırarkən Ermənistanın, o cümlədən Azərbaycanın suveren ərazisi - Qarabağın xəritəsini çəkib.

“AFFA-nın bu təxribatdan xəbəri var. Assosiasiya artıq müvafiq prosedurlara başlayıb. Hazırlıqdan sonra bütün lazımi sənədlər UEFA və İtaliya Futbol Federasiyasına göndəriləcək”, - AFFA-nın məlumatında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR